“Zirə” klubu Türkiyədə dörd yoxlama oyunu keçirəcək
Növbəti mövsümə hazırlaşan “Zirə” futbol klubunun yay fasiləsindəki planları bəlli olub. Komanda iyunun 22-də Bakıda bir araya gələcək.

“Qartallar” hazırlığın ilk mərhələsini paytaxtda keçirəcəklər. İyulun 15-dək davam edəcək toplanışda iki yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Bakı təmsilçisi iyulun 7-də əvəzedicilər, 14-də isə “Sabah”la qarşılaşacaq. İyulun 16-da istirahətə buraxılacaq “Zirə” 1 gün sonra Türkiyənin Bolu şəhərinə yola düşəcək.

İyulun 29-dək qonşu ölkədə məskunlaşacaq “qartallar” 4 yoxlama matçı keçirəcəklər. Qarşılaşmaların iyulun 18-də, 21-də, 24-də və 28-də keçirilməsi nəzərdə tutulub. Rəqiblərin kimliyi qarşıdakı günlərdə məlum olacaq.

Xəbər 734 dəfə oxundu.