Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş minifutbol turnirinə yekun vurulub
“Neftçi” klubunun və "ASAN Könüllüləri” Təşkilatının əməkdaşlığı çərçivəsində ASAN könüllüləri arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş minifutbol turnirinə yekun vurulub.

“Neftçi”nin İsmət Qayıbov adına təlim-məşq bazasında keçirilən final matçında “Gənclik” və “De Fakto” komandaları qarşılaşıblar. Rəqibinin qapısından 7 cavabsız top keçirən “Gənclik” çempion olub.

Oyundan sonra təşkil olunan mükafatlandırma mərasimində “Gənclik” komandası kubok və qızıl medallar, “De Fakto” isə gümüş medallarla təltif olunublar. Bundan əlavə, hər iki komandanın üzvlərinə sertifikatlar təqdim edilib.

Xəbər 561 dəfə oxundu.