Silviya Angelova tarixə düşüb
Antalyada keçirilən Avropa çempionatında 48 kq çəkidə bürünc medal qazanan Silviya Angelova, Azərbaycan ağırlıqqaldırma tarixinə düşüb. İdman.com.az saytının statistika şöbəsinin məlumatına görə, onun nəticəsi qadın atletlərimiz arasında ilk belə uğur olub. Özü də, bu qələbə tək qitə çempionatına deyil, digər mötəbər yarışlara da aiddir.

Boyanka Kostovanın (58 kq) da «qızılı»nı buraya əlavə etsək, qızlarımız daha bir uğura nail ola bilərlər. Bu, 2-ci dəfə olimpiadada təmsil olunmaqdır. Qeyd edək ki, oyunlarda (Sidney) 1-ci dəfə qadın ağırlıqqaldıranlarımızdan Təranə Abbasova iştirak edib. Ümumən, o, mötəbər yarışlarda mübarizə aparan ilk xanım idmançımız olub.

Başqa bir rekord isə, ilk dəfə nüfuzlu beynəlxalq arenalarda 4 qadın atletlə iştirak etməyimizdir. Avropa çempionatında sözü gedən 2 atletlə yanaşı, Alyona Kirilova (69 kq) və Yuliya Dovqal (+75 kq) da mübarizə aparıb.

Xəbər 1587 dəfə oxundu.