İntiqam Zairov uğurunu təkrarlaya biləcəkmi?
Antalyada keçirilən Avropa çempionatında bu gün kişi idmançılarımız çıxışlarını başa vuralacaqlar. İdman.com.az saytının məlumatına görə, Valentin Xristov (56 kq) və Əfqan Bayramovun (69 kq) uğuruna dəstək, digər bir iddialı ağırlıqqaldıranımız - İntiqam Zairovdan (94 kq) gələ bilər.

Qeyd edək ki, təmsilçimiz bu yarışda fəxri kürsüyə çıxmaq sevincini bir dəfə yaşayıb. 2009-cu ildə Rumıniya paytaxtı Buxarestdə keçirilmiş qitə çempionatında o, gümüş medal qazanmışdı.
Yarış Bakı vaxtilə saat 19.00-da başlayacaq.

Xəbər 2502 dəfə oxundu.