Şahmatçı Aynur Kətanova Azərbaycan birincisi olub
Bakı şəhərindəki Respublika Şahmat Mərkəzində uşaqlar və yeniyetmələr arasında keçirilən Azərbaycan birinciliyində 18 yaşadək qız şahmatçılar arasında Naxçıvan təmsilçisi Aynur Kətanova sona 1 tur qalmış qalibiyyətini rəsmiləşdirib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyindən bildirilib ki, keçirdiyi 7 görüşdən 5,5 xal toplayan Aynur Kətanova ən yaxın rəqibini 2 xal qabaqlayaraq son turun nəticəsindən asılı olmayaraq, Azərbaycan birincisi adına layiq görülüb.

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yetirməsi – FIDE ustası Sadiq Məmmədov isə ikinci olub və Avropa çempionatına vəsiqə qazanıb.

Xəbər 1202 dəfə oxundu.