Velosipedçimiz Bakıda BMX üzrə dünya çempionatının təsnifat mərhələsində start xəttinə çıxacaq
Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatının dördüncü günündə - iyunun 8-də yeniyetmələr və elit kateqoriyasında təsnifat yarışları keçiriləcək.

Elit kateqoriyası üzrə təsnifat yarışlarında Azərbaycanı Aqşin İsmayılov təmsil edəcək.

İyunun 9-da yekun vurulacaq çempionatda 1500-dək idmançı birincilik uğrunda mübarizə aparır.

Çempionatın keçirildiyi BMX stadionu 2014-cü ildə tikilib və burada ilk Avropa Oyunlarının BMX üzrə velosiped yarışları təşkil olunub. Lakin 2016-cı ildə Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) BMX stadionlarının standartlarını dəyişib. Trekin uzunluğu, eni, döngələrin hündürlüyü artırılıb, maneələrin konfiqurasiyası dəyişdirilib.

Xəbər 1234 dəfə oxundu.