Boksçumuz Avropa çempionatına qələbə ilə başladı
Bolqarıstanın paytaxtı Sofiyada qadın boksçular arasında Avropa çempionatı davam edir. Yarışın üçüncü günündə Azərbaycan millisinin üzvü Məryəm Cəbrayılova da mübarizəyə qoşulub.

69 kq çəki dərəcəsində qüvvəsini sınayan təmsilçimiz ilk görüşünü türkiyəli Gülüzar Karaya qarşı keçirib. O, 1/8 final mərhələsi çərçivəsində baş tutan döyüşdə rəqibinə 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə qalib gəlib.

Cəbrayılova 1/4 finalda almaniyalı Nadine Apetzlə üz-üzə gələcək. Döyüş iyunun 9-da keçiriləcək.
Qeyd edək ki, 32 ölkədən 146 boksçunun qatıldığı Avropa çempionatı iyunun 12-də başa çatacaq.

Apasport.az

Xəbər 1050 dəfə oxundu.