Göyçay taekvondoçuları 15 qızıl, 8 gümüş və 9 bürünc medalla yarışın qalibi olublar
Azərbaycan Taekvondo Federasiyasının dəstəyi və Göyçay Taekvondo Məktəbinin təşkilatçılığı ilə Göyçay Olimpiya İdman Kompleksində keçirilən açıq birincilik başa çatıb.

Uşaq, yeniyetmə və gənclər arasında keçirilən və iki gün davam edən yarışda 10 şəhər və rayondan 170 taekvondoçu iştirak edib.

Göyçay idmançıları açıq birincilikdə 15 qızıl, 8 gümüş və 9 bürünc medal qazanaraq, ümumi komanda hesabında birinci yeri tutublar.

Xəbər 1060 dəfə oxundu.