"Ağ-göylər"in müdafiəçi əməliyyat olunub
"Xəzər Lənkəran"ın hesabından 6 xal silinməsindən sonra çempionatda medalçılar uğrunda mübarizə bir qədər də kəskinləşəcək. İdman.com.az saytının məlumatına görə, bundan öncə bütün diqqətini kuboka yönəldən "Bakı" yenə də ümidlənib.

Amma məhz "ağ-yaşıllar"la oyun öncəsi "zolaqlılar"ın heyətində ciddi itkilər var. Belə ki, ötən oyunda sarı vərəqə alaraq, cəzalı duruma düşən Maris Verpakovskiylə yanaşı, Elvin Əliyev də matçda iştirak etməyəcək.

"Bakı"nın digər itkisi müdafiəçi Duje Bakoviçdir. Xorvatiyalı müdafiəçi kor bağırsağından əməliyyat olunub. Təcili olaraq, xəstəxanaya çatdırılan və cərrah bıçağı altına salınan 26 yaşlı oyunçunun durumu hazırda normaldır.

Xəbər 935 dəfə oxundu.