Bakıda keçiriləcək ikinci beynəlxalq həmrəylik tennis çempionatının loqosu təqdim olunub
Bakıda keçiriləcək ikinci beynəlxalq həmrəylik tennis çempionatının yerli Təşkilat Komitəsi bu mühüm turnirin loqosunu təqdim edib.

Loqo “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının irsini davam etdirən tennis çempionatında istifadə olunacaq.

İyulun 23-28-də keçiriləcək ikinci beynəlxalq həmrəylik tennis çempionatı İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) və Azərbaycan Milli Olimpiya Komitəsinin imzaladığı birgə tərəfdaşlığa dair Anlaşma Memorandumuna əsasən təşkil olunacaq. Anlaşma Memorandumunu cari il aprelin 19-da İHİF-in baş katibi Məhəmməd Əl-Qarnas və MOK-un vitse-prezident Çingiz Hüseynzadə imzalayıblar.

Memorandumun məqsədi İHİF-ə üzv ölkələrin idmançıları arasında İslam həmrəyliyini möhkəmləndirmək, ən yüksək idman dəyərləri və prinsiplərini qoruyub saxlamaq, müsəlman ölkələrində idman və Olimpiya hərəkatını, gənclər arasında birlik və qardaşlığı təbliğ etməkdir.

Xəbər 2069 dəfə oxundu.