Dağıstanda beynəlxalq boks turniri start götürüb
Dağıstanda dövlət xadimi Maqomedsalam Umaxanovun xatirəsinə həsr olunmuş beynəlxalq boks turniri keçirilir. Bu görkəmli ictimai-siyasi xadimin anadan olmasının yüzilliyinə həsr olunmuş turnirdə 16 ölkədən 140 idmançı, o cümlədən Azərbaycan təmsilçiləri iştirak edirlər.

Kaspiysk şəhərində XX beynəlxalq turnirin açılışı olub. Yarış iyunun 12-də başa çatır.

Qeyd edək ki, Maqomedsalam Umaxanovun xatirəsinə həsr olunmuş ilk turnir 1996-cı ildə keçirilib.


AZƏRTAC

Xəbər 1188 dəfə oxundu.