İstanbulda güləş üzrə U-23 Avropa çempionatında qadın güləşçilər də mübarizəyə qoşulurlar
İstanbulda keçirilən güləş üzrə U-23 Avropa çempionatı davam edir.

Yarışın üçüncü günündə beş çəki dərəcəsində qadın güləşçilər mübarizə aparırlar. Azərbaycan çempionatda üç qadın güləşçi ilə təmsil olunur. Ölkəmizin idman şərəfini Türkan Nəsirova (50 kq), Alyona Kolesnik (59 kq) və Səbirə Əliyeva (76 kq) qoruyacaqlar.

Dörddəbir final mərhələsində Türkan Nəsirovanın ilk rəqibi Bolqarıstan təmsilçisi Kseniya Stankeviç olacaq. Alyona Kolesnik səkkizdəbir finalda hollandıyalı Tamara Dollak ilə qarşılaşacaq. Səbirə Əliyeva isə dörddəbir finalda türkiyəli Ayşegül Özbeğin müqavimətini qırmağa çalışacaq.

Xəbər 916 dəfə oxundu.