Gənc güləşçimiz Rusiyada bürünc medala sahib olub
Rusiyanın Kaspiysk şəhərində Suraqat Asyatilovun xatirəsinə gənclər arasında yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.

Turnirdə Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan və Ermənistan komandaları mübarizə aparıblar.

Güləşçilərimiz turniri 1 bürünc medalla başa vurublar. Turnirdə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan yığma komandamızın üzvü Zaur Nuriyev fəxri kürsüdə yer alıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Bəşir İsazadə təmsil edib.

Xəbər 1152 dəfə oxundu.