Stolüstü tennis turnirləri sona çatdı
“Təhsil” Respublika İdman Mərkəzində Azərbaycan Xüsusi Olimpiya Komitəsinin stolüstü tennis üzrə respublika seçmə yarışları keçirilib. İdman.com.az saytı xəbər verir ki, yarışlarda Bakı şəhəri Qaradağ rayonu E.Quliyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 saylı xüsusi internat məktəbinin, Sabunçu rayonu 11 saylı yardımçı internat məktəbinin, Nəsimi rayonu 11 saylı xüsusi təhsil məktəbinin, Xəzər rayonu 4 və 12 saylı xüsusi internat məktəblərinin, həmçinin Sumqayıt, Lənkəran, Qusar və Şəkinin regional xüsusi olimpiya təşkilatlarının 50-yə yaxın idmançısı iştirak edib.

Yarışlarda divizionlar üzrə qalib adının aşağıdakı idmançılar qazanıb:
I divizion - oğlanlar (güclü divizion): Eyvaz Muradov (Nəsimi rayonu 11 saylı xüsusi təhsil məktəbi);
II divizion - oğlanlar (orta divizion): Tehran Şıxəliyev (Qusar Regional Xüsusi Olimpiya Təşkilatı);
III divizion - oğlanlar (zəif divizion): Şahbaz Mityayev (Qusar Regional Xüsusi Olimpiya Təşkilatı);
I divizion - qızlar (güclü divizion): Günay Səmədova (Qaradağ rayonu 9 saylı xüsusi ineternat məktəbi;
II divizion - qızlar (zəif divizion): Natiqə Abaslı (Lənkəran şəhər Regional Xüsusi Olimpiya Təşkilatı);

Ümumi komanda hesabında Qusar Regional Xüsusi Olimpiya Təşkılatı qalib olub.

Xəbər 1364 dəfə oxundu.