“Qəbələ”nin sabiq baş məşqçisi karyerasını Qazaxıstanda davam etdirəcək | |
“Qəbələ” futbol klubunun sabiq baş məşqçisi Roman Qriqorçuk karyerasını Qazaxıstanda davam etdirəcək. Ukraynalı mütəxəssis “Astana” klubu ilə müqavilə imzalayıb. Qeyd edək ki, 2015-ci ilin əvvəlindən “Qəbələ”nin baş məşqçisi olan Qriqorçuk bu postda 3,5 mövsüm çalışıb. “Qırmızı-qaralar”la Azərbaycan Premyer Liqasında 2 dəfə gümüş, 2 dəfə bürünc mükafat qazanan ukraynalı 2 dəfə kubokun finalınadək irəliləyib. Qriqorçukun rəhbərliyi altında 3 dəfə UEFA Avropa Liqasında çıxış edən “Qəbələ” 2015/2016-cı və 2016/2017-ci il mövsümlərində turnirin qrup mərhələsinə qədər yüksəlib. O, daha əvvəl Latviyanın “Dinaburq” və “Ventspils”, vətənində isə “Metallurq” ilə “Çernomorets” komandalarına rəhbərlik edib. |
|
Xəbər 630 dəfə oxundu. |
|
|