Azərbaycan – Macarıstan oyununun vaxtı dəqiqləşdi
21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Macarıstan yığma komandaları arasında keçiriləcək yoldaşlıq oyununun stadionu və vaxtı müəyyənləşib. İyunun 8-də keçiriləcək qarşılaşma "Dalğa Arena"da baş tutacaq.

Oyun saat 19:00-da başlayacaq.

Qeyd edək ki, yığmamız bunadək Qazaxıstanla qarşılaşacaq. Səfər matçı iyunun 4-də keçiriləcək.

Apasport.az

Xəbər 629 dəfə oxundu.