Avropa çempionatında uğurla çıxış edən paralimpiyaçılarımız Vətənə qayıdıblar
Fransanın Berk-sur-Mer şəhərində keçirilən Avropa çempionatında uğurla çıxış edən Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (ARMPK) pauerliftinq idman növü üzrə milli komandasının üzvləri Vətənə qayıdıblar.

Idmançılarımızı ARMPK-nın baş katibi Kamal Məmmədov və komitənin əməkdaşları qarşılayıblar.

Qeyd edək ki, Avropa çempionatında Pərvin Məmmədov, Elşən Hüseynov qızıl, Nurlan Babacanov və Aytən Bağırova bürünc medal qazanıblar.

Xəbər 1196 dəfə oxundu.