“Lokomotiv” yenə “Bakı”ya məğlub oldu
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasının final mərhələsində VIII turun oyunları keçirilib. İdman.com.az saytının məlumatına görə, “Sərhədçi” Olimpiya İdman Mərkəzində baş tutmuş görüşlərdə “İqtisadçı” komandası Çempion Liqasının iştirakçısı “Azərreyl” ilə qarşılaşıb. Son matçlarda zəif təsir bağışlayan “dəmiryolçular”, bu mübarizədə məğlubiyyətdən güclə qurtulub.

“Bakı”ya yalnız Çellenc kubokunda badalaq vurmağı bacaran “Lokomotiv”, ölkə çempionatında ona yenə uduzub. Üstəlik, əvvəlki 3 görüşdən fərqli, bu dəfə daha asanlıqla. Rəqabətin ilk setində 0:11 hesabı ilə geridə olan “dəmiryolçular”ın hissə ərzində cəmi 7 zərbəsi dəqiq olub. Belə bir hal isə son çempionatlarda yaşanmayıb. Rəqiblərinin bürdəməsi, hesabat turunda istirahət edən “Rabitə”nin işinə yarayıb.

Super Liqa. Qadınlar
12 aprel. Final mərhələsi, VIII tur

“İqtisadçı” – “Azərreyl” - 2:3 (21:25, 25:21, 17:25, 25:23, 13:15)
“Lokomotiv” – “Bakı” - 0:3 (7:25. 20:25, 18:25)

O Q M S T X
1. “Rabitə” 6 5 1 16-5 505-402 15
2. “Bakı” 6 3 3 9-10 423-413 9
3.“Lokomotiv” 7 3 4 10-13 475-542 9
4. “İqtisadçı” 6 2 4 11-13 500-548 8
5. “Azərreyl” 7 3 4 11-16 599-601 7


Xəbər 990 dəfə oxundu.