Milli Olimpiya Komitəsində Avropa Atletika Federasiyasının rəhbərliyi ilə görüş keçirilib
Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) Avropa Atletika Assosiasiyasının rəhbərliyi ilə görüş keçirilib.

Görüşdə Avropa Atletika Assosiasiyasının prezidenti Svein Arne Hansen və baş icraçı direktoru Kristian Milz, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Ağacan Abıyev, marketinq şöbəsinin rəisi Mehman Kərimov və beynəlxalq əlaqələr idarəsinin rəisi Anar Bağırov iştirak ediblər.

Tədbirdə Azərbaycanda atletikaya maraq və idmanın bu növünün təbliği, xüsusilə MOK-un bu sahədə gördüyü işlər barədə məlumat verilib. “KIDs Athletics”, “Olimpiya Hərəkatı”, “LEAP 2017”, “Michel Johnson Performance” və digər təbliğati layihələrin əhəmiyyəti, son illər idmana marağın artmasından danışılıb. Bu layihələrin gənclərin idmana marağını gücləndirməklə yanaşı, məşqçi, hakim və digər texniki heyətin bilik və bacarıqlarının da artırılmasında rolu qeyd olunub.

Svein Arne Hansen Azərbaycanda idmana marağın böyük olduğunu qeyd edib. O, Azərbaycanda atletika idman növünü fəal təbliğ etdiyinə görə Milli Olimpiya Komitəsinə minnətdarlığını bildirib.

Sonda MOK tərəfindən qonaqlara hədiyyələr təqdim olunub.

Xəbər 1383 dəfə oxundu.