Ağır atletika üzrə Azərbaycan birinciliyində yaşı 15-dək olan oğlanların yarışına yekun vurulub
Şüvəlandakı Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyində ikinci yarış günü davam edir. Yaşı 15-dək olan oğlanlar arasında sonuncu çəki dərəcələrində qaliblər müəyyən edilib. Birincilikdə 77, 85, 94 və 105 kiloqramda qızıl medalçıların adlarına aydınlıq gəlib.

Yarışda Yaşar Məmmədov (77 kq), Əli Şükürlü (85 kq), Əli Quliyev (94 kq) və Moşe Otaraşvili (105 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, uşaq-gənclər idman məktəblərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir. Birinciliyin keçirilməsində məqsəd ölkənin ən güclü yeniyetmə atletlərinin müəyyən edilməsi, ağır atletika idman növünün təbliğ və inkişaf etdirilməsi, dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması, həmçinin qarşıdakı beynəlxalq yarışlara hazırlıq və seçimdir.

Xəbər 1378 dəfə oxundu.