“Xəzər Lənkəran”: Arxadan atılan daş topuğa dəyər
“Xəzər Lənkəran” rəhbərliyi FİFA-nın çıxardığı qərarla razı deyil. İdman.com.az saytının məlumatına görə, bu barədə apasport.az-a komandanın vitse-prezidenti Tuyqun Nadirov məlumat verib. Ali futbol qurumu FİFA bu gün “Xəzər Lənkəran” klubunun hesabından 6 xal silinməsi barədə qərar çıxarıb. Buna etiraz edən komanda rəhbərliyi Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etməyə hazırlaşır.

T.Nadirov bildirib ki, 2008/09 mövsümündə komandalarında oynayan braziliyalı futbolçu Romulo Silvanonun FİFA-ya şikayətindən sonra “Xəzər Lənkəran”ın hesabından 6 xal silinməsi düzgün qərar deyil: “Artıq AFFA bununla məlumat yaysa da, biz rəsmi sənəd gözləyirik. Buna əsasən də Beynəlxalq İdman Arbitraj Məhkəməsinə şikayət verəcəyik. Çünki Beynəlxalq İdman Arbitraj Məhkəməsinin hansısa yanlış qərarı ləğv etməyə səlahiyyəti çatır. İnanırıq ki, haqımızda çıxarılan bu qərar ləğv oluna bilər”.

Xəbər 1260 dəfə oxundu.