“Təhsil” U-13 Qızlar Liqasının qalibi olub
AFFA-nın təşkil etdiyi futbol üzrə U-13 Qızlar Liqasının 2017/2018-ci il mövsümünə yekun vurulub.

Finalda Balakənin “Qubek” komandasını 2:0 hesabı ilə məğlub edən “Təhsil” (Bakı) U-13 Qızlar Liqasının qalibi olub. Üçüncü yeri isə Şəkinin “Gənclik” komandası tutub.

Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları AFFA-nın texniki departamentinin direktoru Bernhard Lippert, 17 yaşadək qadınlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Siyasət Əsgərov və Qadınlar Liqasının təşkili şöbəsinin rəisi Nəriman Axundov təqdim ediblər.

“Neftçi” komandasının üzvü Nurçin Tanrıverdizadə 56 qolla Liqanın ən məhsuldar oyunçusu olub. U-13 Qızlar Liqasının ən yaxşı oyunçusu “Gənclik” komandasının üzvü Nahidə Məmmədova seçilib. “Fair play” mükafatına isə “Amasiya” komandasının üzvü Angelina Gerlik layiq görülüb.

Xəbər 589 dəfə oxundu.