“Səbail” klubu iki futbolçu ilə yollarını ayırıb
“Səbail” klubu iki futbolçu ilə yollarını ayırıb.

Faruk Miya və Yevgeni Koçukun icarə müqaviləsinin müddəti başa çatdığı üçün öz komandalarına qayıdıblar.

Hər iki futbolçu Premyer Liqanın 12 oyununda “Səbail”in heyətində iki qol vurub.

Qeyd edək ki, Yevgeni Koçuk komanda yoldaşlarının və məşqçi heyətinin rəyinə əsasən, “Mövsümün ən yaxşı oyunçusu” seçilib.

Xəbər 564 dəfə oxundu.