Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş mini-futbol turniri keçiriləcək
Mayın 26-dan iyunun 3-dək “Neftçi” klubunun və “ASAN Könüllüləri” Təşkilatının əməkdaşlığı çərçivəsində ASAN könülülləri arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş mini-futbol turniri keçiriləcək.

8 komandanın iştirak edəcəyi turnirin qrup oyunları mayın 26 və 27-də “Neftçi”nin İsmət Qayıbov adına təlim-məşq bazasında baş tutacaq.

Yarımfinal görüşləri iyunun 2-də, final matçı isə ayın 3-də keçiriləcək.

Xəbər 587 dəfə oxundu.