Azərbaycan Triatlon Federasiyasında qarşıdakı yarışlara hazırlıq prosesi müzakirə edilib
Azərbaycan Triatlon Federasiyasında (ATF) “BakuTriClub”un üzvləri ilə görüş keçirilib.

ATF-dən bildiriblər ki, görüşdə Azərbaycan idmançılarının da iştirak edəcəkləri “Ironman” üzrə qarşıdakı yarışlara hazırlıq məsələləri müzakirə olunub. İdmançılarımızdan Firdovsi Kərimov iyunun 17-də Astanada keçiriləcək “Ironman 70.3” turnirində iştirak edəcək. İyulun 8-də isə idmançılarımız Almaniyada təşkil olunacaq “Ironman” üzrə Avropa çempionatında mübarizə aparacaqlar. Firdovsi Kərimov və digər triatlonçumuz Aleksandr Parxomovski Frankfurtda keçiriləcək beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar.

Federasiyanın prezidenti Azər Məhərrəmov idmançılara uğurlar arzulayıb.

Xatırladaq ki, “BakuTriClub” Azərbaycan Triatlon Federasiyasının təşəbbüsü ilə yaradılıb.

Xəbər 546 dəfə oxundu.