Azərbaycanın yeniyetmə həndbolçuları gürcüstanlı həmyaşıdları ilə yoldaşlıq oyunları keçiriblər
Azərbaycanın 2002-2003-cü il təvəllüdlü qızlardan ibarət milli komandası Gürcüstanın Telavi şəhərində yoldaşlıq oyunları keçirib.

Azərbaycan Həndbol Federasiyasından bildirilib ki, yeniyetmə həndbolçularımız gürcüstanlı həmyaşıdları ilə üç dəfə üz-üzə gəliblər. Qarşılaşmaların ilk ikisi tərəflərin cəhdlərinə baxmayaraq, bərabərliklə yekunlaşıb - 21:21 və 29:29. Üçüncü oyunda isə təmsilçilərimiz 31:27 hesabı ilə qalib gəliblər.

Xəbər 1097 dəfə oxundu.