Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş yoldaşlıq oyunu keçirilib
Bayıl stadionunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş yoldaşlıq oyunu keçirilib.

Oyunda futbol veteranlarından ibarət “Təcrübə” komandası ilə futbol ictimaiyyətinin nümayəndələrindən təşkil olunmuş “Futbol funksionerləri” komandası qarşılaşıb.

Görüş 4:4 hesabı ilə başa çatıb. “Təcrübə” komandasının üzvləri Kənan Kərimov və Musa Qurbanov dubl ediblər. “Futbol funksionerləri” komandasının heyətində isə Zaur Hacı-Məhərrəmov, Rəşad Sadıqov, Yunis Hüseynov və Bəxtiyar Osmanov fərqləniblər.

Xəbər 546 dəfə oxundu.