2026-cı il dünya çempionatının Bakıda təqdimatı olub
Futbol üzrə 2026-cı ildə keçiriləcək XXII dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürmüş ABŞ, Kanada və Meksika Futbol federasiyalarının tender qrupunun üzvlərindən ibarət nümayəndə heyəti Bakıya səfər edib.

AFFA-nın inzibati binasında Assosiasiyanın prezidenti Rövnəq Abdullayev və baş katib Elxan Məmmədov ilə görüşən qonaqlar dünya çempionatına ev sahibliyinə namizədlikləri ilə bağlı təqdimatla çıxış ediblər.

Dünya çempionatını qəbul etmək üçün namizədliyini irəli sürmüş digər ölkə Mərakeşdir.

Xəbər 605 dəfə oxundu.