Yeniyetmə gimnastımız Macarıstanda bürünc medal qazanıb
Macarıstanın Kişkunfeledxaza şəhərində qadın idman gimnastikası üzrə beynəlxalq turnir keçirilib.

Yeniyetmələr proqramında ölkəmizi təmsil edən Samirə Qəhrəmanova öz həmyaşıdları arasında uğurlu çıxışı ilə fərqlənib. Belə ki, gimnastımız dayaqla tullanma proqramında 12.450 xal toplayaraq turnirin bürünc mükafatına layiq görülüb.

Çoxnövçülükdə isə təmsilçimiz 21 iştirakçı arasında 6-cı yerdə qərarlaşıb.

Xəbər 747 dəfə oxundu.