Boksçularımız mundial və Olimpiadanın hazırlığına başlayıblar
Gənc oğlan boksçulardan ibarət Azərbaycan millisinin növbəti təlim-məşq toplanışına start verilib. Avropa birinciliyindən sonra istirahətdə olan komandamız Sumqayıtda bir araya gəlib.

Yığmamızın baş məşqçisi Vaqif Şirinovun rəhbərliyi altında keçirilən toplanışda 15 boksçu iştirak edir. Hazırlığın ilk mərhələsi iyunun 5-dək davam edəcək. Sumqayıt Olimpiya İdman Kompleksində təşkil edilən toplanışda əsasən fiziki məşqlərə üstünlük verilir.

Bununla da avqustda Macarıstanda keçiriləcək dünya birinciliyi və oktyabrda Argentinada baş tutacaq Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının hazırlığı başlayıb.

Xəbər 1125 dəfə oxundu.