Azərbaycanın U-19 millisi bolqarıstanlı həmyaşıdları ilə qarşılaşıb
Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışında olan futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası yoldaşlıq oyunu keçirib.

Bolqarıstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan komandamız məğlub olub - 1:2.

Yığmamızın yeganə qolunu Sona Rəhimova vurub.

Komandalar arasında növbəti oyun mayın 25-də keçiriləcək.

Xəbər 605 dəfə oxundu.