Ümummilli liderin xatirəsinə velotur keçiriləcək
9-13 mayda ulu öndər Heydər Əliyevin xatirəsinə 23 yaşınadək velosipedçilər arasında velotur keçiriləcək. İdman.com.az saytının məlumatına görə, 5 mərhələlik yarış ölkəmizdə baş tutacaq ilk peşəkar velosiped yarışı olacaq. Turnirdə iştirak etmək üçün təşkilatçılar hər biri 6 idmançıdan ibarət olan 20 komanda dəvət ediblər. Pelotonda 4 kontinental, 4 milli və 12 klub/qarışıq komanda mübarizə aparacaq.

Təşkilatçılar adından Albreçt Röder seçimlə bağlı belə deyib: “Biz kontinental, milli və klub/qarışıq komandaları dəvət edərək, yarış iştirakçılarına öz qabiliyyətlərini göstərmək üçün şərait yaratmaq istədik. Təsir bağışlayan yarışlar və qələbə uğrunda inadlı mübarizə gözləyirik”.

Qeyd edək ki, velotur Beynəlxalq Velosipedçilər İttifaqının (BVİ, fransızca UCI) təqvim planına daxil edilib və U-23 (19-23 yaş həddi) kateqoriyasına aid BVİ Kontinental turudur. Yarış Azərbaycan Velosiped İdmanı Federasiyası, Milli Olimpiya Komitəsi və Gənclər və İdman Nazirliyi tərəfindən Almaniyanın “FreundeEventlogistik” şirkəti ilə birlikdə təşkil olunur.

Komandaların siyahısı belədir:

Kontinental komandalar
1. Specialized Concept Store (Almaniya)
2. Team Vorarlberg (Avstriya)
3. Jayco AİS (Avstraliya)
4. Velo Club Sovac (Əlcəzair)

Milli komandalar
5. Qazaxıstan
6. Moldova
7. Belarus
8. İran

Klub komandaları/qarışıq komandalar
9. İSD Sport Club Ukraine (Ukrayna)
10. Sumqayıt (Azərbaycan)
11. ATA İdman Klubu (Azərbaycan)
12. İtera Katyusha U23 (Rusiya)
13. Samara (Rusiya)
14. Moskva (Rusiya)
15. RRS Riga (Latviya)
16. Gediminas Gruodis (Litva)
17. Rucanor-Line Cycling Team (Niderland)
18. Team Hoppla (İtaliya)
19. Centre Mondial de Cyclisme (İsveçrə)
20. Ovyta-Eijssen-Acrog Cycling Team (Belçika)

Xəbər 1589 dəfə oxundu.