Stolüstü tennis üzrə liqa yarışları başa çatıb
Stolüstü tennis üzrə liqa yarışları başa çatıb.

Komanda xarakteri daşıyan yarışlar yüksək və standart liqa olmaqla keçirilib. Mərhələlər ilə keçirilən turlar yüksək liqada 6 oğlan və qız, standart liqada isə 12 oğlan və 7 qız komandası arasında təşkil olunub.

Qızların birinci liqa yarışlarında “İdeal” birinci, “Feniks” ikinci, “Pilot” isə üçüncü pillədə qərarlaşıb. Oğlanların mübarizəsində də “İdeal” komandası qızıl medal qazanıb. “Qələbə-1” yarışı ikinci, “Feniks” isə üçüncü pillədə başa vurub.

Qızlar arasında ikinci liqa yarışlarında “Feniks-2” komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. “Buta” ikinci, “Atəşgah” üçüncü olublar. Oğlanlar arasında “Çıraqqala” bütün rəqiblərinə qalib gəlib. “İdael-2” gümüş, “Atilla” isə bürünc medal qazanıblar.

Bağlanış mərasimində Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezident Səbuhi Mehdizadə ölkəmizdə digər idman növləri ilə yanaşı, stolüstü tennisin də inkişaf etdiyini, bu idman növünə uşaq və yeniyetmələrin getdikcə artan marağını diqqətə çatdırıb. Pilot layihə olan liqa yarışlarına Bakı, Sumqayıt, Şabrandan olan idmançıların qatıldığını və gələcəkdə respublikanın bütün regionlarını əhatə edəcəyini bildirib.

Sonda qaliblərə medal və pul mükafatları təqdim edilib.

Xəbər 1099 dəfə oxundu.