“Neftçi İdman Klubu”nun atletləri Bakı birinciliyinin 4 medalını qazanıblar
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda atletika üzrə paytaxt birinciliyinə yekun vurulub. Yarışda 2001-2002-ci il təvəllüdlü idmançılar bacarıqlarını nümayiş etdiriblər.

“Neftçi İdman Klubu”nun atletləri Bakı birinciliyinin 4 medalını qazanıblar.

Nizə atma yarışında Könül Əliyeva 18 metr nəticə ilə qızıl medala sahib olub. Aysun Əhmədova (13,98 metr) ikinci, Rəna Nəsirova (11,12 metr) isə üçüncü yeri tutublar.

Nüvəitələmə idman növündə Könül Əliyeva 8,30 metr nəticə göstərərək birinciliyin gümüş medalına layiq görülüb.

Xəbər 981 dəfə oxundu.