MOİK-in komandası hərbçilər arasında 33-cü dünya çempionatının kuboku ilə təltif edilib
Moskvada keçirilən hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatına mayın 19-da yekun vurulub.

Çempionatda 11 medal, o cümlədən 2 qızıl, 3 gümüş və 6 bürünc qazanan Azərbaycanın Mərkəzi Ordu İdman Klubunun (MOİK) komandası bu göstərici üzrə üçüncü yeri tutub və kuboka layiq görülüb. Birinci yerə Rusiya, ikinci yerə isə İran təmsilçiləri layiq görülüblər.

Qeyd edək ki, MOİK komandasını çempionatda sərbəst güləş yarışlarında 9, yunan-Roma güləşi üzrə 9, qadın güləşi üzrə isə üç idmançı təmsil edib. Azərbaycan komandasının rəhbəri MOİK-in rəisi, polkovnik-leytenant Rəsad Quliyevdir.

Dünya çempionatında 22 ölkədən 350 idmançı mübarizə aparıb.

Xəbər 705 dəfə oxundu.