Basketbolçularımız Avropa Liqa kuboku yarışlarına qələbə ilə başlayıblar
Azərbaycan millisi Sankt-Peterburqda 3x3 basketbol üzrə Avropa Liqa kuboku yarışlarına qələbə ilə başlayıb.

Millimiz “Rusiya-4” komandası ilə görüşdən 21:18 hesablı qələbə ilə ayrılıb.

Turnirdə ölkəmizin idman şərəfini Zaur Paşayev, Amil Həmzəyev, Anar Hacıyev və Ruslan Qafurov qoruyurlar.

Kubok yarışlarında Azərbaycanla yanaşı, Rusiya, Belarus, Finlandiya, Latviya, Serbiya, Almaniya, Türkiyə və İsveç komandaları da birincilik uğrunda mübarizə aparırlar.

Xəbər 1244 dəfə oxundu.