Yeniyetmə basketbolçularımız Özbəkistanda beynəlxalq turnirin qalibi olub
Yeniyetmə basketbolçulardan ibarət Azərbaycan yığması Özbəkistanın paytaxtı Daşkənddə keçirilən beynəlxalq turnirin qalibi olub.

Millimiz sonuncu turda yerli “Səmərqənd” komandası ilə qarşılaşıb. Görüş basketbolçularımızın 75:41 hesablı qələbəsi ilə yekunlaşıb.

Turnirdə keçirdiyi digər görüşlərdə millimiz yerli “Çirçik” komandasına 71:51, “UzliDEP” klubuna 82:51, Qırğızıstanın yeniyetmələrdən ibarət yığmasına isə 84:48 hesabı ilə qalib gəlib.

Xəbər 1559 dəfə oxundu.