Gimnastlarımız İspaniyada dünya kuboku yarışında uğurla çıxış ediblər
İspaniyanın Quadalaxara şəhərində bədii gimnastika üzrə “Challenge” seriyasına aid dünya kuboku yarışı başa çatıb.

Son günlər uğurlu çıxışları ilə yadda qalan Azərbaycanın yeniyetmə gimnastları bu turnirdə də mükafat qazanıblar. Komanda hesabında təmsilçilərimiz Nərminə Səmədova və Arzu Cəlilova yığmamızın ümumi hesabına 88,550 xal yazdırmaqla üçüncü pilləyə yüksəliblər. İdmançılarımız bu uğurlu nəticə sayəsində turnirin bürünc medalına layiq görülüblər. Azərbaycan gimnastları Dərya Farşbafşəhriyari və Yelizaveta Luzan isə 86,950 xal toplayaraq dördüncü pillədə qərarlaşıblar.

Gimnastlarımız fərdi yarışların finalında da inamlı təsir bağışlayıblar. Final mərhələsində A.Cəlilova gürzlərlə hərəkətlərdə dördüncü, lentlə çıxışda isə yeddinci olub. Y.Luzan isə halqa ilə çıxışına görə altıncı yeri tutub.

Xəbər 690 dəfə oxundu.