“Sport Time” jurnalının növbəti sayı
İdmanın inkişafına xidmət göstərən “Sport Time” jurnalının növbəti sayı nəşr olunub. Jurnal 2018-ci ilin mart-aprel aylarını əhatə edir. Dərgidə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqımıza müraciəti, jurnalın baş redaktoru Jalə Rzabəylinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin növbəti dəfə seçkilərdə qalib gəlməsi ilə bağlı təbriki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva barədə məqalə, MOK rəsmisi, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyevlə müsahibə, Professor, millət vəkili Ağacan Abiyevin 80 illik yubileyinə həsr olunmuş yazı və bir neçə rubrikalar yer almışdır.

Jurnalda tanınmış dövlət nümayəndələrinin təltif olunmasından da bəhs olunmuşdur. Belə ki, ölkə prezidenti cənab İlham Əliyevin dövlət xadimləri Ramiz Mehdiyevin “Şöhrət”, Fəttah Heydərovun “İstiqlal” ordenləri ilə təltif olunmasından bəhs olunmuş, Əli Həsənov, İsmayıl İsmayılov və Yusuf Məmmədəliyevin idmanla bağlı fikirləri öz əksini tapmışdır.
Jurnalda Səbail rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova, tanınmış tele-aparıcılar Mətanət Ağamirli və Fəxriyyə İsayeva barədə maraqlı məqalələr dərc olunmuşdur.

Həmçinin jurnalda Bakı Atıcılıq Mərkəzinin, Azərbaycan Voleybol Federasiyasının və Xüsusi Olimpiya Komitəsinin fəaliyyəti də öz əksini tapıb.

Sportinq idman növünün Azərbaycanda 10 illik fəaliyyəti də dərgidə geniş təqdim olunub.
Bundan başqa, dərgidə Azərbaycan Qol Güləşi Federasiyasının, Təhsil Respublika İdman Mərkəzinin və Şəmkir Olimpiya Kompleksinin fəaliyyəti barədə də ətraflı informasiyalar verilib.

Dərgidə Türkiyə “AK Parti” millət vəkili Reşit Polatla maraqlı müsahibə də yer alıb. “Okuklu Holdinq”in başkanı Yılmaz Okuklunun təşəbbüsü ilə Bakıda keçirilən Afrin Zəfəri Festivalı barədə də məqalə dərc olunub.

Poeziyasevərlər jurnalın budəfəki sayında nəğməkar şair Nazim Məmmədovun yaradıcılıq fəaliyyəti ilə də yaxından tanış ola bilərlər.

Dərgidə Azərbaycan Güləş Federasiyasının kişilərdən ibarət yığma komandasının məşqçisi, Olimpiya mükafatçısı Emin Əhmədovla maraqlı söhbət də yer almaqdadır.

Xəbər 663 dəfə oxundu.