Karateçilərimiz Polşada keçiriləcək Avropa çempionatında iştirak edəcəklər
Mayın 9-da kyokşin karate üzrə Azərbaycan yığma komandası Polşaya yollanacaq. Millimiz Vroslav şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcək.

28 ölkədən 400-dən çox idmançının qatılacağı mötəbər yarışda komandamız 15 nəfərlik heyətlə təmsil olunacaq.

Mayın 11-də start götürəcək çempionatın ilk günündə gənclər, ertəsi gün isə kişilər və qadınlar birincilik uğrunda yarışacaqlar.

Xəbər 1238 dəfə oxundu.