Voleybolçularımız Slovakiya yığmasına qalib gəliblər
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama matçını keçirib.

Sloveniyada Qızıl Avropa Liqasına hazırlaşan Faiq Qarayevin yetirmələri bu dəfə Slovakiya yığmasını sınağa çəkiblər. Yığmamız çətinlik çəkmədən qələbə qazanıb - 3:0 (25:19, 25:14, 25:12).

Komandamız ilk görüşdə Avstriyaya 4:1 (25:15, 25:22, 25:20, 25:17, 10:15) hesabı ilə qalib gəlmişdi.

Qeyd edək ki, mayın 16-dək Mariborda təlim-məşq toplanışında olacaq millimizin Sloveniya və Xorvatiya ilə yoxlama oyunları da nəzərdə tutulub.

Xəbər 1250 dəfə oxundu.