Tərtərdə futbol festivalı keçirilib
Açıq Əyləncəli Futbol Məktəbləri layihəsi çərçivəsində AFFA-nın və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Tərtərin Şəxarx qəsəbəsindəki 2 nömrəli tam orta məktəbin idman zalında 12-14 yaşlı yeniyetmələr arasında futbol festivalı keçirilib.

Tədbirdə millət vəkili, AFFA-nın birinci vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, İlham Məmmədov və başqaları iştirak ediblər.

Xəbər 607 dəfə oxundu.