Ciu-citsu üzrə açıq Bakı turnirinin qalibləri müəyyənləşib
Hövsan Olimpiya İdman Kompleksində ciu-citsu üzrə açıq Bakı turniri keçirilib.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən (BŞGİBİ) bildiriblər ki, Baş İdarə tərəfindən keçirilən yarışda 157 idmançı iştirak edib.

Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən yarışda Aslan Qədimli (25 kq), Hüseyn Eminli (30 kq), Xan Əlifov (35 kq), Həsən Səfərəliyev (40 kq), Ələkbər Rəcəbov (45 kq), Emil Verdiyev (50 kq), Xəqani Mürsəlov (55 kq), Elşən Abbasov (60 kq), Vasif Tağıyev (62 kq), Nemət Məmmədov (75 kq), Elmar Həmidov (84 kq) və Anar Camalov (94 kq-dan yuxarı) qızıl medal qazanıblar.

Qaliblər Baş İdarə tərəfindən medal və diplomlarla təltif olunublar.

Xəbər 468 dəfə oxundu.