“Neftçi İdman Klubu”nun samboçuları açıq Bakı turnirində 11 medal qazanıblar
Abşeron Olimpiya İdman Kompleksində 2002-2003-cü il təvəllüdlü idmançılar arasında Sabir Hüseynovun xatirəsinə həsr olunmuş sambo üzrə açıq Bakı turniri keçirilib. Yarışda 172 idmançı 10 çəki dərəcəsi üzrə mübarizə aparıb.

“Neftçi İdman Klubu”nun samboçuları turnirin 11 medalını (5 qızıl, 1 gümüş, 5 bürünc) qazanıblar.

Klubun yetirmələrindən Orxan Qəhrəmanov (50 kq), Rəvan Rüstəmli (60 kq), Adil Adilzadə (72 kq), Murad Məmmədov (84 kq) və Məhəmməd Məmmədov (84 kq-dan yuxarı) bütün qarşılaşmalardan qalib ayrılaraq turnirin qızıl medallarına sahib olublar.

Xəbər 1498 dəfə oxundu.