Yeniyetmə həndbolçularımız Gürcüstanda yoldaşlıq oyunlarında qüvvələrini sınayacaqlar
Azərbaycanın 2000-2001-ci və 2002-2003-cü il təvəllüdlü qızlardan ibarət həndbol üzrə milli komandaları yoldaşlıq görüşlərində qüvvələrini sınayacaqlar.

Azərbaycan Həndbol Federasiyasından bildirilib ki, yeniyetmə həndbolçularımız mayın 20-də Gürcüstana yola düşəcəklər. Mayın 21-dən 23-dək Telavidə keçiriləcək yoldaşlıq görüşlərində qızlarımız Gürcüstanın eyni yaş qruplarından ibarət komandaları ilə qarşılaşacaqlar.

Yoldaşlıq görüşlərində iştirak etməkdə əsas məqsəd iyunun 2-dən 6-dək İsveçdə təşkil ediləcək açıq Avropa çempionatına və mayın 29-dan iyunun 3-dək Bosniya və Herseqovinada keçiriləcək “Challenge Trophy” yarışlarına hazırlıqdır.

Xəbər 1289 dəfə oxundu.