AFFA İcraiyyə Komitəsinin növbəti iclası olub
Mayın 11-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Iclasda aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqası klublarının əvəzedici komandaları arasında keçirilən çempionatın davam etdirilməsi və 2018-2019-cu il mövsümündən etibarən əvəzedici komandanın oyununun əsas komandaların görüşündən bir gün əvvəl keçirilməsi barədə qərar qəbul olunub.

İclasda Premyer Liqada 1996-1997-ci il təvəllüdlü futbolçuların start heyətinə, 1998-1999-cu il təvəllüdlü futbolçuların isə oyunun protokoluna daxil olunması məqsədəuyğun hesab edilib.

AFFA baş katibliyinin birinci divizionla bağlı İcraiyyə Komitəsinə yeni konsepsiya təqdim etməli olduğunu qərara alınıb.

İclasda AFFA-nın Apellyasiya və Arbitraj Tribunalının sədri Muxtar Babayevin istefası qəbul olunub. AFFA-nın növbəti konfransınadək Apellyasiya və Arbitraj Tribunalının sədri vəzifəsi Ziya Babayevə həvalə edilib.

Müzakirələr zamanı Azərbaycan milli komandasının hazırkı vəziyyəti barədə baş məşqçi Qurban Qurbanovun qısa hesabatı dinlənilib. Lisenziyalaşdırma prosesi ilə bağlı hesabat təqdim olunub.

Xəbər 1003 dəfə oxundu.