Formula 1 Azərbaycan Qran-Prisi Rumıniya və Bolqarıstan mətbuatında
Rumıniyanın və Bolqarıstanın milli xəbər agentlikləri AGERPRES və BTA, eyni zamanda “hotnews.ro” və “sportal.bg” portalları Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı xəbərlərə geniş yer ayırıblar. Yarışın gedişi, cəlbediciliyi, pilotlar, burada olan yeniliklər barədə məlumatlar, şəkillər və videolar yayıblar.

Məlumatlarda Azərbaycan Qran-Prisinin qalibi adını “Mercedes” komandasının sürücüsü Luis Hamiltonun qazandığı, bu qələbə sayəsində onun Formula 1 üzrə dünya çempionatında liderliyə yüksəldiyi qeyd edilir. Formula 1 üzrə dünya çempionatının beşinci mərhələsinin mayın 11-13-də İspaniyanın Barselona şəhərində keçiriləcəyi də oxucuların diqqətinə çatdırılır.

AZƏRTAC

Xəbər 1356 dəfə oxundu.