Karateçilərimiz Avropa çempionatında beş medal qazanıblar
Kyokşin karate üzrə Azərbaycan yığma komandası Polşanın Vroslav şəhərinə növbəti Avropa çempionatında iştirak edib.

Azərbaycan Kyokşin Karate Federasiyasından bildirilib ki, 28 ölkədən 400-dən çox idmançının qatıldığı mötəbər yarışda komandamız 15 nəfərlik heyətlə təmsil olunub.

Gənc karateçilərimizdən Alikismət Həsənov (60 kq), Seyfəddin Namazov (70 kq) və Solmaz Zeynallı (60 kq) yarışın bürünc medalını qazanıblar. Böyüklərin yarışında isə Emin İsmayıllı (65 kq) və Səlahət Həsənov (85 kq) finalda məğlub olaraq çempionatın gümüş medalına layiq görülüblər.

Qeyd edək ki, Emin İsmayıllı və Səlahət Həsənov mayın 19-20-də Yaponiyanın Osaka şəhərində “Full Kontakt Karate” beynəlxalq turnirində ölkəmizi təmsil edəcəklər.

Xəbər 1152 dəfə oxundu.