Masallıda cüdo üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıblar
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə Masallıda keçirilən cüdo üzrə rayon birinciliyinə yekun vurulub.

Turnir Masallı rayon gənclər və idman idarəsi, Yeni Azərbaycan Partiyası rayon təşkilatı tərəfindən Cənub Regional Cüdo Təlim Mərkəzində keçirilib.

Yarışda 70-dək yeniyetmə və gənc on çəki dərəcəsində mübarizə aparıb. İki gün davam edən rayon birinciliyinin qalibləri diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 1098 dəfə oxundu.