Zibil qutusu futbolçunu öldürdü
Bir neçə gün öncə qəzaya düşmüş İtaliya «Latsio»sunun gənclər komandasının oyunçusu Mirko Fersini dünən səhər dünyasını dəyişib. İdman.com.az saytının məlumatına görə, 17 yaşlı futbolçu öz skuterini dəmir zibil qutusuna çarpmışdı.

Vəziyyəti ağırlaşdıran toqquşma öncəsi motosiklet dəbilqəsinin Fersininin başından düşməsi olub. Məhz bu səbəbdən o, ağır baş xədəsi alaraq huşunu itirib.

Qəzadan dərhal sonra futbolçunu Romanın xəstəxanasına çatdırıblar. Bir neçə gün huşsuz vəziyyətdə olan futbolçunu xilas etmək mümkün olmayıb.
Fersini həmçinin İtaliya yeniyetmələr yığmasının da üzvü idi.

Xəbər 935 dəfə oxundu.